CƏMİYYƏT


Bakıda obyektdə yanğın təhlükəsi aradan qaldırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 171 ünvanında yerləşən təkər təmiri sexində yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, sözügedən müəssisədə işlənmiş avtomobil şinlərinin yaxınlıqdakı obyektlərin damı üzərinə yığılaraq yanğın təhlükəsi yaratdığı müəyyən edilib. Görülən tədbirlər nəticəsində sahibkar tərəfindən təkər tullantıları ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.