CƏMİYYƏT


Çin-Azərbaycan iqtisadiyyat, ticarət, mədəniyyət və turizm təşviqatı konfransı keçirilib

Çinin Sian şəhərində davam edən 7-ci İpək Yolu Beynəlxalq Sərgisi çərçivəsində Çin (Şansi)-Azərbaycan iqtisadiyyat, ticarət, mədəniyyət və turizm təşviqatı konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Çinin Şansi vilayəti hökumətinin və Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə vilayətin dövlət qurumlarının, özəl sektorun, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.