CƏMİYYƏT


Liftdə qalan vətəndaşlar belə xilas olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən həftəsonu 33 yanğına çıxış, 13 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən şənbə və bazar günləri ərzində 6-sı azyaşlı olmaqla 16 nəfər xilas edilib, yanğınlar zamanı 3 nəfər xəsarət alıb.