YAP nümayəndə heyəti Vyetnamda səfərdədir
21.11.2023 [11:34]
Xəbərin mətni
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasına səfər edib.
AZƏRTAC xəbər verir ki, Vyetnam Kommunist Partiyasının (VKP) dəvəti əsasında baş tutan səfər çərçivəsində noyabrın 20-də YAP nümayəndə heyəti ilə Vyetnamın xarici işlər nazirinin müavini Do Hunq Viet arasında görüş keçirilib.