Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qızılca xəstəliyi niyə kəskin yayılmaqdadır?

22.11.2023 [12:56]

Bildiyiniz kimi, ölkəmizdə qızılca xəstəliyi kəskin yayılmaqdadır. Bu xəstəliyi ağır formada keçirən uşaqlar müxtəlif bölgələrdən Bakı şəhərinə gətirilir. Onların hazırkı sağlamlıqları haqda Nizami Tibb Mərkəzi 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasından məlumat aldıq.