SİYASƏT


Azərbaycan və Ermənistanın artıq vasitəçilərə ehtiyacı yoxdur - Metyu Brayza

Ötən gün Xarici İşlər Nazirliyi sülh müqaviləsinin tez tamamlanması üçün Azərbaycanın Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb. Qeyd olunub ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan Xarici siyasət idarəsi sülh prosesinin müzakirəsi üçün dövlət sərhədində görüşlə bağlı Ermənistana çağırış edib. Münaqişənin həllindən özünə pay çıxarmaq istəyən və regionda öz maraqlarını güdən xarici qüvvələrlə gərginlik fonunda ekspertlər bu prosesi sülh müqaviləsinin imzalanması istiqamətində atılan müsbət addım kimi dəyərləndiririlər. Uzun illər ATƏT-in Minsk qrupunun həmsədri qismində keçmiş münaqişənin həllində vasitəçi olmuş amerikalı siyasi ekspert Metyu Brayza iki ölkə arasında danışıqların heç bir vasitəçinin iştirakı olmadan aparılması fikrini dəstəklədiyini bildirib.