Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
22.11.2023 [20:31]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) tədbirində iştirakının önəmini qeyd edərək Hissein Brahim Taha ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı.