YAP nümayəndə heyəti ilə Vyetnam Milli Assambleyasında görüş olub
22.11.2023 [22:59]
Xəbərin mətni
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Vyetnam xalqının öndəri Ho Şi Minin məqbərəsini və vaxtilə yaşadığı evini ziyarət edib.
Sonra YAP nümayəndə heyətinin Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsinin sədr müavini ilə görüşü olub.