4 yaşlı uşaq dünyasını dəyişdi
23.11.2023 [19:01]
Kürdəmirdə tənəffüs orqanlarının virus mənşəli infeksiyası diaqnozu ilə xəstəxanaya gətirilən Qağacılı kənd sakini, 4 yaşlı Rüfət Qəribli dünyasını dəyişib. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Onun tənəffüs orqanlarının virus mənşəli infeksiya diaqnozundan öldüyünü təsdiq edilib. Hazırda faktla bağlı araşdırma aparılır.