Gəncədə Cihazqayırma zavodunda yanğın olub
23.11.2023 [19:22]
Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Armatur istehsalı ilə məşğul olan müəssidənin ərazisində yerləşən çənlərdə yanğın başlayıb. İlk olaraq 10 tonluq çən, içində 2 ton yağ alışıb partlayıb. Daha sonra alov ətrafdakı 15 kiçik çənə yayılıb. Ərazidə olan 700 kv ərazi mühafizə olunub.