Mingəçevir Sənaye Parkında bir ayda fərqli nömrədə 1200 ton iplik istehsal edilir
24.11.2023 [14:59]
Xəbərin mətni
Mingəçevir Sənaye Parkında 15,2 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabrikində istehsal olunan ipliklərin “Open end” və “Ring” növlərinə dünyada böyük tələbat var. Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz olunan bu fabriklərdə “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır.