Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azad olunan ərazilərdə məskunlaşan 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub

24.11.2023 [16:50]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə Laçında “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - Peşə və bacarıqların inkişaf etdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.