Laçında ilk dəfə əmək yarmarkası təşkil olunub
24.11.2023 [18:38]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərindəki 2 saylı tam orta məktəbdə keçirilən yarmarkada təqdim olunan vakansiyalar şəhərə köçürülən sakinlərin işlə təmin edilməsinə əlavə dəstək məqsədi daşıyır.