Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Prezident İlham Əliyevin adından rəsmi nahar verilib

24.11.2023 [21:52]

Xəbərin mətni

Noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi nahar verilib.