Sabirabadda baş verən qəza magistral yolda tıxac yaratdı
25.11.2023 [15:26]
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb.
Təxminən 1 saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.
Qəza hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və Azərpoçt MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.