Hava kəskin dəyişəcək CANLI
27.11.2023 [13:18]
Bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadası, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirdi ki, noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar yağacağı, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən 10 dərəcə aşağı enəcək.