Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qızılcaya yoluxma ilə bağlı son vəziyyət

27.11.2023 [17:25]

Son günlər ölkə ərazisində uşaqlar arasında qızılca xəstəliyi müşahidə olunur. Yoluxucu xəstəliyin əsasən məktəb və bağça yaşlı uşaqlar arasında yayıldığını nəzərə alaraq, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vəziyyətlə bağlı məlumat yayıb.