MƏDƏNİYYƏT


“Lanver 457” və “Balqabaq çubuqları” - Lənkəran mətbəxində yeni dad

Lənkəran mətbəxinin qida rasionuna daha iki yemək daxil olub. “Lanver 457” və “Balqabaq çubuqları” adı verilən bu yeməklər Lənkəran Peşə Liseyinin mətbəx ustaları tərəfindən hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Lanver 457” və “Balqabaq çubuqları” adlarına bundan sonra Lənkəran mətbəxində rast gəlmək mümkün olacaq. Lənkəranlı aşpaz Ağakərim Zeynallının ilk dəfə olaraq hazırladığı bu yeməklər həm görünüşünə, həm də dadına görə fərqlənir.