Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tiktok Startup Academy”də Azərbaycan və Özbəkistandan 16 startap iştirak edir

28.11.2023 [14:39]

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) binasında “TikTok Startup Academy” proqramının yekun tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiya üzrə rəhbəri İqor Ovçarenko Azərbaycan uğurla inkişaf edən startap ekosistemindən danışıb.