ABŞ-ın hərbi təyyarəsi Yaponiya sahillərində qəzaya uğrayıb
29.11.2023 [12:14]
Xəbərin mətni
ABŞ hərbi hava qüvvələrinə məxsus “Ospery” hərbi təyyarəsi Yaponiyanın Yakuşima adası yaxınlığında qəzaya uğrayıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, içərisində 8 nəfər olan təyyarə yerli vaxtla 14:47-də okeana düşüb.
Patrul qayıqları və təyyarələr axtarış işlərinə cəlb olunub. Hələlik hadisənin səbəbləri bilinmir.