CƏMİYYƏT


Şəkidə avtomobillərin alqı-satqı mərkəzinə tüfənglə atəş açılıb

Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində M.Ə. Rəsulzadə prospektində yerləşən Lider avto salonuna naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Atəş nəticəsində
obyektin qapısının şüşəsi sınıb, plastik qapı yarasız vəziyyətə düşüb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan
hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 34 yaşlı Səmədov Famil Abduləli oğlu saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.