Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Lerikdə dağın yamacından silah-sursat aşkarlanıb

30.11.2023 [13:20]

Lerik Rayon Polis Şöbəsinə rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanaraq götürülüb.