CƏMİYYƏT


Bakı-Sumqayıt yolunda daha bir yenilik

Bakı-Sumqayıt yolunun üzü şəhər istiqamətində avtobus zolaqları uzun müddətdir ki, var. Bu gündən etibarən isə əks istiqamətdə yəni Sumqayıta gedən tərəfdə avtobus zolaqlarının çəkilməsinə başlanılıb. Avtobus zolaqları yolun hər iki tərəfində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzala qədərdir. Yollar boyanmadan əvvəl yapışqan lent vasitəsi ilə xətlənir, boyama işinin ardınca isə xəttlərin qaranlıqda da seçilməsi üçün yola parıldadıcı maddə səpilir ki, məhz bu maddə nəqliyyat vasitələrinə gecə saatlarında avtobus zolağını seçməyə kömək edir. Avtobus sürücüləri yeni zolaqların onların işini daha da asanlaşdırdığını deyir.