Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəblilər həmyaşıdlarına səsləndilər - yol hərəkəti qaydalarına əməl etmək təhlükədən qoruyur

01.12.2023 [20:14]

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği, təhlükəsizliyin gücləndirilməsi və maarifləndirmə işinin daha səmərli təşkili məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirilir. Növbəti tədbir Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdən öncə şagirdlər açıq hava şəraitində yol hərəkəti qaydalarına dair səhnəciklər nümayiş etdiriblər. Burada onlar piyada keçidlərindən istifadəyə, avtobusa minib düşməyə və digər qaydalara dair biliklər əldə ediblər. Daha sonra uşaqların yol hərəkəti qaydalarına dair biliklərinin formalaşması, zəruri məlumatların qavranılması məqsədilə maarifləndirici lövhələr və rəsm əsərləri nümayiş etdirilib.