Zərdabda faciə: Məktəblini maşın vurdu
01.12.2023 [22:47]
Zərdab rayonunda avtomobil yolu keçmək istəyən məktəblini vuraraq öldürüb.
Hadisə rayonun Əlvənd kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Feyzullayev Tapdıq Rəsul oğlu kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən 2016-cı il təvəllüdlü Zülfüqarlı Nuray Vəkalət qızını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisə yerindəcə dünyasını dəyişib.