CƏMİYYƏT


Azərbaycan Türkiyə ilə birgə saxta xəbərlərə qarşı mübarizə aparacaq

Türkiyənin “Anadolu” agentliyinin Asiya və Qafqaz bölgəsi üzrə təmsilcisi Tolga Özgenç, aparıcı KİV-lərin yalan məlumatlarla mübarizə metodlarından danışdı. Noyabrın əvvəlində İstanbulda Türkdilli Dövlətlərin Xəbər Agentliklərinin Media Zirvə görüşü keçirilib və Türk Xəbər Agentlikləri Alyansının yaradılması barədə sənəd imzalanıb. Xəbər Agentliklərinin rəhbərləri dezinformasiya ilə mübarizə sahəsində də sıx əməkdaşlıq barədə razılığa gəliblər.