CƏMİYYƏT


Qazı yandırmaq istədi, partlayış oldu

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
1979-cu il təvəllüdlü Gülmirə Fərmanova səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb.
Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.