SİYASƏT


Sinxua və AZƏRTAC - media əlaqələrinin yeni inkişaf mərhələsi

Çinin Quancou şəhərində keçirilən 5-ci Dünya Media Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin dekabrın 2-də Çinin Sinxua xəbər agentliyinin prezidenti Fu Hua ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyi və möhkəm təməl üzərində qurulduğu vurğulanıb, dövlətlərimizin başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində münasibətlərimizin dinamik, hərtərəfli inkişaf dövrünü yaşadığı və keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi diqqətə çatdırılıb.