CƏMİYYƏT


Şəkidə "TIR" yandı

Türkiyə vətəndaşına məxsus bu yük avtomobilində hələlik adı açıqlanmayan xeyli məhsul olub.
AZƏRTAC xəbər verir ki, yanğın hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan "TIR" markalı yük avtomobili anidən alışıb və tez bir vaxtda alovlanma sürətlənib. Havanın küləkli olması yanğını daha da alovlandırıb.