CƏMİYYƏT


Ucarlı ailənin problemi nəzarətə götürüldü

Tamara İsrafilova Ucarın Şahlıq kəndində yaşayır. O deyir ki, havalar biraz soyuyan kimi evin içində əsl qışı yaşayırlar. Bunun səbəbi isə evin uçuq-sökük olmasıdır. 13 nəfərlik 3 ailənin yaşadığı ev istismar müddətini çoxdan başa vurub. Vaxtı ilə çiy kərpicdən inşa edilən evin divarları oyulub, döşəməsi yararsız vəziyyətdə, tavanı yox səviyyədə, dam örtüyü isə bərbad haldadır. Bir sözlə burda yaşamaq ev sakinləri üçün həm məşəqqətli həm də təhlükəlidir.