CƏMİYYƏT


Salyanda hərbçilər dəm qazından öldü

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb. Rayonda kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb. Məlum olub ki, ölən şəxslər bir həftə imiş ki, burada yaşayan hərbiçi həmkarlar imiş.Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur. Onlar yenicə kirayə evə köçüblərmiş və bölgədə yerləşən N saylı hərbi hissədə müddətdən artıq müqavilə ilə xidmət olublar.