DÜNYA


Tailandda ağır qəza - Avtobus ağaca çırpıldı

Tailandın cənubunda sərnişin avtobusunun ağaca çırpılması nəticəsində azı 14 nəfər ölüb, 35 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Menecer Daily” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Banqkokdan təxminən 300 kilometr cənubda, Praçuap Khiri Xan əyalətində avtobus sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.