SİYASƏT


Qərbi Azərbaycan İcmasının sədri AK Parti Sədrinin müavini ilə görüşdü

Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasına görüş keçirilib.