SİYASƏT


Türk professor: İrəvandakı Azərbaycan izləri məqsədli şəkildə silinib

İrəvan xanlığı haqqında xarici mənbələrdəki materiallara baxdıqda görürük ki, ermənilər haqqında məlumatlar yoxdur. Burada Rusiya, Fransa, Osmanlı mənbələrini misal çəkə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş söyləyib.