Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Kaledoniyada etiraz yürüşü keçirilib

05.12.2023 [17:55]

Xəbərin mətni

Yeni Kaledoniyanın paytaxtı Numeada ölkənin müstəqilliyi və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən etiraz yürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişini onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildirirlər. Xüsusilə, silahlı qüvvələr naziri S.Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI