Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hakim Voskanyanı gözləyən cəzaları açıqladı

07.12.2023 [13:08]

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub. AZƏRTAC xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib. Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib.