CƏMİYYƏT


Qurban Yetirmişli: Bir neçə ay əvvəl də eyni yerdə təkanlar qeydə alınıb

Bu gün səhər baş verən zəlzələnin ocağında iyulun 4-də də yeraltı təkanlar qeydə alınmışdı. Hər ikisinin maqnitudası 5.6-ya bərabər oldu. Dərinlik isə bir neçə ay əvvəl 66, bu gün isə 68 kilometr təşkil etdi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Orada afterşoklar baş versə də tam boşalma getməmişdi. Həmin ocaqda gərginlik davam edirdi. Bu gün də eyni maqnitudalı təkanlar qeydə alındı", - deyə Q.Yetirmişli bildirib.