Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN rəsmisi: Vətəndaşları narahat edən məlumat daxil olmayıb

07.12.2023 [14:25]

Xəbərin mətni

Bakıda və zəlzələ baş verən ərazilərdə polis gücləndirilmiş iş rejiminə gətirilib. Əsas narahat edən halların, yəni təhlükənin ola biləcəyi ərazilərdə insanlar arasında panika hallarının yaranmaması məqsədilə bütün polis orqanları öz sahələri üzrə tədbirlərə cəlb ediliblər. Hazırkı ana qədər Daxili İşlər Nazirliyinə (DİN) xoşagəlməz hallarla bağlı hər hansı bir məlumat daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bunu DİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.