CƏMİYYƏT


Qanunsuz ov edən şəxs saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Əsrik-Cırdaxan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən kənd sakini saxlanılıb. Həmin şəxsdən qanunsuz ovladığı 2 ədəd çöl dovşanı və 1 ədəd ov tüfəngi aşkarlanıb.Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.