CƏMİYYƏT


Türkiyəli sürücü Göygöldə ölüb

Göygöldə Türk vətənadaşı idarə etdiyi yük maşınında ölüb. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Balçıllı kəndindən keçən hissəsində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulmuş "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb. "Ağaçlı" yükdaşıma şirkətində sürücü işləyən şəxs yük avtomobili ilə Bakıdan Türkiyədən qayıdarkən gecə saatlarında avtomobilini saxlayaraq salonda yatıb. Səhər saatlarında iş yoldaşı, digər yük avtomobilinin sürücüsü Zikri Söğütü oyatmaq üçün gələrkən onun öldüyünü aşkarlayıb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib. İlkin məlumata görə müayinə zamanı 61 yaşlı sürücü ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.