Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallılı fermerlərinin bu sahəyə marağı artıb

08.12.2023 [13:08]

Ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Masallı fermerlərinin də bu sahəyə marağını artırıb. Rayonda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini verir. Bu yeniliklər sakinlərin işini daha da asanlaşdırıb.