CƏMİYYƏT


Ağstafada iki piyadanı maşın vurub

Ağstafada piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Aqilə Qasımzadəni və 1992-ci il təvəllüdlü Nəcmiyə Sədizadəni vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.