Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hüseynin anası: Oğlum ömürlük azadlıqdadır

08.12.2023 [17:58]

Xəbərin mətni

Oğlumun erməni əsirliyindən azad ediləcəyi xəbərini eşidəndə sevincimdən elə qışqırdım ki, qonşular səsimə gəldilər. Elə bilmişdilər ki, oğlumdan bəd xəbər almışıq. Çünki bir gün əvvəl Hüseynin ömürlük həbs cəzasına məhkum olunması xəbərini eşitmişdik. Həqiqətən həmin gün ölümdən qayıtdım.
Bu sözləri Ermənistanda hərbi əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.