CƏMİYYƏT


Taksidə atılan körpədən xəbər var

Bakıda anası tərəfindən atılmış uşaq sığınacağa yerləşdirilib. Ötən gecə paytaxt ərazisində naməlum qadın övladını taksidə qoyaraq uzaqlaşıb. O, sürücüyə su alıb qayıdacağam deyərək geri dönməyib.Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polisin müşayiəti ilə azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hazırda həmin qadının tapılması istiqamətində iş aparılır.