CƏMİYYƏT


Biləsuvarlı fermerlər çuğundur satışı üçün xarici bazara çıxış əldə etmək istəyirlər

Biləsuvarda kənd təsərrüfatı bitkiləri sırasında rayon üçün ənənəvi olmayan qırmızı süfrə çuğundurunun istehsalına başlanılıb. Bu mövsüm təkrar əkin olaraq ayrı-ayrı təsərrüfatlarda təxminən 10 hektara yaxın sahədə məhsul yetişdirilib. İstehsalçıların sözlərinə görə, sözügedən bitki münbit torpaqlarda daha asan və sağlam inkişaf edə bilir. Bu səbəbdən çuğundur toxumunu səpərkən ərazi və torpağın xüsusiyyətləri nəzərə alınır.