CƏMİYYƏT


“Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub

Abşeron rayonunun Novxanı kəndində “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.