CƏMİYYƏT


Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfər qəbul ediləcək

Azərbaycanda din sahəsində kadr hazırlığı davam edir. 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. İlahiyyat İnstitutu islamşünas və dinşünas ixtisasları üzrə kadr hazırlığını həyata keçirir. Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.