DÜNYA


Kiyevə raket hücumu nəticəsində xəsarət alanların sayı 53-ə çatıb

Dekabrın 13-nə keçən gecə paytaxt Kiyevə edilən ballistik raketlərlə hücum nəticəsində xəsarət alan mülki şəxslərin sayı 53 nəfərə çatıb, onlardan 7-si uşaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, Rusiya dekabrın 13-də Ukraynaya pilotsuz hücum təyyarələri və raketlərlə hücum edib. Hava hücumundan müdafiə qüvvələri 20 hədəfin hamısını vurub.