Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosu gecə saat 1-ə qədər işləyəcək

13.12.2023 [13:48]

Bakı metropoliteninin iş rejimində dəyişiklik edilib. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, dəyişiklik UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” Futbol Klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədardır: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.