Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib

14.12.2023 [11:03]

Xəbərin mətni

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ukrayna Milli Simfonik Orkestrinin klassik musiqi çıxışına Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq edib.